Məhəmməd Baqir Qalibaf səs çoxluğu ilə yenidən İran parlamentinin sədri seçilib.
Az.rasthaber “Report”a istinadən xəbər verir ki, mayın 23-də ölkənin qanunverici orqanının 11-ci çağırış üzrə 4-cü sessiyası keçirilib.
Toplantının gündəliyində parlamentin Rəyasət Heyətinin üzvlərinin seçilməsi məsələsi olub. Rəyasət Heyəti isə yeni sədri seçib.
M.Qalibafın lehinə 210 deputat səs verib. Bununla o, 4-cü dəfə parlamentə sədr seçilib. Onun alternativləri İlyas Nadran 47, Fereydun Abbasi isə 7 səs qazanıb.
Qeyd edək ki, M.Qalibaf 1961-ci il avqustun 23-də İranın Xorasan əyalətinin Torkabe şəhərində anadan olub. 1997-2000-ci illərdə Sepahın Hərbi Hava Qüvvələrinin komandanı olub. 2000-2005-ci illərdə İran polisinin rəisi, 2005-2017-ci illərdə Tehranın meri işləyib. 2020-ci ilin parlament seçkilərində quruma sədr seçilib.
Qeyd edək ki, İran parlamentinin 290 üzvü var.