Məhəmməd Baqir Qalibaf Ərəb Parlamentinin sədri ilə görüşüb

Məhəmməd Baqir Qalibaf Ərəb Parlamentinin sədri ilə görüşüb

İran İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf Ərəb Parlamentinin sədri Adil Əbdürrəhman əl-Usumi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Asiya Parlament Assambleyasının Büdcə və Planlaşdırma Komitəsinin iclası çərçivəsində Ərəb Parlamentinin sədri Adil Əbdürrəhman əl-Usumi ilə görüşüb.

Qalibaf İslam Şura Məclisi ilə Asiya və Ərəb Parlamentinə üzv dövlətlər arasında parlament əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

Ərəb Parlamentinin sədri Adil Əbdürrəhman əl-Usumi, deyib:

"Sizi əmin edə bilərəm ki, bu görüşlə millətimizə və ölkələrimizə xidmət edəcəyik və bu görüşlərə uyğun olaraq ölkələrin maraqları təmin ediləcək".

Xəbəri paylaş

VİDEOLAR