Məhəmməd Baqir Qalibaf Qərbə səsləndi: Buna imkan verməyəcəyik!

Məhəmməd Baqir Qalibaf Qərbə səsləndi: Buna imkan verməyəcəyik!

"Əgər qərb tərəfi nüvə sazişinə əməl etməsə, onların həddindən artıq tələblər irəli sürməsinə imkan verməyəcəyik"

Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, bunu İran İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf deyib.

Sosial şəbəkə hesabında bu barədə paylaşım edən Qalibaf bildirib:

"Əgər Qərb nüvə sazişinə əməl etməsə, biz onların həddindən artıq tələblər irəli sürməsinə imkan verməyəcəyik. Biz onlara göstərdik ki, onlar qaydalara əməl etsələr, biz də qaydalara əməl edəcəyik. Ümid edirik ki, Qərb tərəfi danışıqlarda İran xalqının haqlı tələblərinə hörmətlə yanaşacaq".

Xəbəri paylaş

VİDEOLAR