Məhkəmə Qubad İbadoğlunun həbs müddətini üç ay uzatdı

Məhkəmə Qubad İbadoğlunun həbs müddətini üç ay uzatdı

Fevralın 15-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı- alim Qubad İbadoğlunun həbs müddətini daha üç ay uzadıb.

Rasthaber Azərbaycan Turan-a istinadən xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova bildirib.

Müdafiə tərəfi bu qərarı əsassız hesab edir və ondan şikayət vermək niyyətindədir.

*Xatırladaq ki, Qubad İbadoğlu saxta pul hazırlamaqda (Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi) və dini-ekstremizm xarakterli materialların yayılmasında (167-3.1-ci maddə) ittiham olunaraq həbs edilib. Bu ittihamlar üzrə onu 17 ilə qədər həbs təhlükəsi gözləyir.

Hüquq müdafiəçiləri Qubad İbadoğlunu siyasi məhbus kimi tanıyıblar. Tərəfdarları hesab edirlər ki, onun həbsinin əsl səbəbi Azərbaycan hakimiyyətinin yüksək eşelonlarındakı korrupsiyanı ifşa etməsidir.

Xəbəri paylaş

VİDEOLAR