Metronun “Xocəsən” deposunu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb

Metronun “Xocəsən” deposunu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb

Bu barədə “Bakı metropoliteni” QSC məlumat verib.

Az.shafaqna.com xəbər verir ki, “Bakı metropoliteni” QSC-nin “Xocəsən” deposunu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb.

QSC-dən verilən məlumata görə, hazırda sağ tunelin yolu hazırdır, sol tuneldə isə yol-tikinti işləri davam edir.

QSC-dən bildirilib ki, pandemiya şəraitinin xüsusi tələblərinə baxmayaraq, işlər öz axarı ilə davam etdirilir.

Qeyd edək ki, şərti adı “B-3” olan Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan deposunda müasir sistemlərin qurulması Fransanın “Thales” şirkəti tərəfindən həyata keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR