“Mançester Siti” (MS) “Barselona”-nın hücumçusu Lionel Messiyə 500 milyon avro təklif edib.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə jurnalist Tankreli Palmeri “Twitter” səhifəsində yazıb.
Mənbənin məlumatına görə, Messinin İngiltərə klubundakı illik maaşı 50 milyon avro təşkil edəcək, müqavilə isə 5 illik olacaq.
Qeyd edilir ki, hücumçu 3 il ərzində “Mançester Siti” oynayacaq, daha sonra isə MS rəhbərliyinə məxsus “Nyu-York Siti” komandasına keçəcək.
Messi keçid üçün 250 milyon avro alacaq. Abunə bonusunu isə ABŞ klubuna keçən zaman alacaq.
Xatırladaq ki, Messi 2004-cü ildə “Barsenola”-nın əsas tərkibində çıxış edir
Uğursuz sezondan sonra isə argentialı futbolçu müqavilə vaxtından öncə pozmaq istədiyini bildirib.
BOMBA!
— Tancredi Palmeri (@tancredipalmeri) August 30, 2020
Il Manchester City pagherebbe Messi 500m€ netti per 5 anni!
Lo stipendio sarebbe di 50m€ a stagione, ma dopo i 3 anni al City scatterebbe un bonus da 250m€ trasferendosi gli ultimi due anni al New York City!