Mercedes-in koronavirusa görə İstanbuldakı bağlanmış fabrikləri fəaliyyətə başlayır

Mercedes-in koronavirusa görə İstanbuldakı bağlanmış fabrikləri fəaliyyətə başlayır

Mercedes-Benz Türk İstanbuldakı iki fabrikində fəaliyytlərinə start verəcək

Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Mercedes-Benz Türk 20 apreldə İstanbuldakı Hoşdere avtobus fabrikində və 24 apreldə Aksaray yük maşını fabrikində fəaliyyətini bərpa edəcək.
Mercedes-Benz Türk tərəfindən edilən yazılı açıqlamada şirkətin dünya miqyasında yeni növ koronavirus (Covid-19) səbəbiylə işçilərin sağlamlığı, cəmiyyət və beynəlxalq təchizat zəncirindəki logistika pozuntuları ilə əlaqədar tədbirlər çərçivəsində martın 20-dək fəaliyyətlərin bir müddət üçün dayandırıldığı bildirilib.
İstehsalatın fabriklərdə yenidən başlayacağına dair məlumatın yer aldığı açıqlamada "Bu məsuliyyət anlayışı ilə istehsalın davam etdirilməsi ilə yanaşı ÜST və Səhiyyə Nazirliyinin bölüşdüyü məlumatlar çərçivəsində  bütün lazımi tədbirləri görərək və prosesi yaxından təqib edərək 20 aprel tarixində Hosdere avtobus və 24 apreldə Aksaray yük maşını fabriklərimizdə fəaliyyətə başlayacağımızı bildiririk" deyilib.

Xəbəri paylaş

VİDEOLAR