Meksikada kilsənin damı uçub: Ölənlər var

Meksikada kilsənin damı uçub: Ölənlər var

Meksikanın Syudad Madero əyalətində kilsənin damının uçması nəticəsində 7 nəfər ölüb, 30 nəfər dağıntılar altında qalıb.

Az.rasthaber.com xəbər verir ki, yerli mənbələrdən verilən məlumata görə, Ciudad Madero şəhərindəki Santa Cruz kilsəsinin damı uçub. İlkin məlumata görə, 7 nəfər ölüb, 40 nəfər yaralanıb, 30 nəfər dağıntılar altında qalıb.

Sahildə yerləşən Tamaulipas ştatının polisi bildirib ki, çökmə zamanı blokda 100-ə yaxın adam olub.

Yerdə qalanların xilasetmə işləri davam edir.

Xəbəri paylaş

VİDEOLAR