Meksikada son həftələrdə təsirli olan istilər nəticəsində ölənlərin sayı 112-yə yüksəlib.
Az.rasthaber.com xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, ölkənin şimal-qərb və cənub-şərqində rekord temperaturlara görə insan tələfatının olduğu bildirilib.
İstilər nəticəsində Nuevo-Leonda 64, Tamaulipasda 19, Verakruzda 15, Tabaskoda 14 olmaqla ümumilikdə 112 nəfərin öldüyü bildirilib.
Səhiyyə Nazirliyi insan tələfatı ilə bağlı açıqlama verib. Açıqlamada ölənlərin yaş aralığının 45-64 olduğu, 112 nəfərdən 104-nün istidən öldüyü bildirilib.
Euronews-un məlumatına görə, Meksika prezidenti Andres Manuel Lopez Obrador həddindən artıq istidən ölümlərin artması ilə bağlı xəbərlərin yalan olduğunu iddia edərək, bunun onun administrasiyasına qarşı mənfi media kampaniyası olduğunu iddia edib.