Medvedev Ukrayna münaqişəsi və ABŞ-ın planları barədə

Medvedev Ukrayna münaqişəsi və ABŞ-ın planları barədə

Gürcüstanda 2008-ci ildə baş verən münaqişə və Ukrayna münaqişəsi ABŞ-ın vahid planına uyğundur.

Az.rasthaber.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Bu, Rusiyaya qarşı yönəlmiş vahid proses və ümumi plandır. Bu, Qərbin, ilk növbədə ABŞ-ın və digər Anqlosakson ölkələrinin ölkəmizdəki vəziyyəti sarsıtmaq istəyindən irəli gəlir. Necə? Qonşular vasitəsilə, Rusiya sərhədlərinə yaxınlaşmaqla. Məqsəd eynidir: Rusiyanı məhv etmək. Qərbin başlatdığı son dərəcə aqressiv rusofobik geosiyasi prosesin əsas səbəbi budur", - Medvedev bildirib.
Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstandakı münaqişədən əvvəl amerikalılar Gürcüstan silahlı qüvvələrinin təlimlərində iştirak edib və o zaman Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvilini Cənubi Osetiyaya hücuma sövq edib. Medvedev qeyd edib ki, ABŞ Ukraynada da eyni siyasəti yeridir.
Bundan əvvəl Medvedev demişdi ki, Rusiya xüsusi əməliyyat zamanı öz şərtləri ilə sülhə can atacaq.

Xəbəri paylaş

VİDEOLAR