Medvedev "Rusiyanın günahları" barədə

Medvedev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın ittiham olunduğu 11 “günahı” sadalayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Medvedev siyahını "Telegram" kanalında dərc edib.

"ABŞ və onun yaxın müttəfiqlərinin bütün yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin kəskin şəkildə artması. Bütün qitələrin bütün mağazalarında bütün ərzaqların bahalaşması", deyə Medvedyev qeyd edib. 

Bundan əlavə, Medvedevin sözlərinə görə, Rusiya ABŞ prezidenti Co Baydenin “otaqdan çıxış yolu tapa bilməməkdə”, habelə planetə meteoritlərin düşməsi və sonradan dinozavrların yoxa çıxması”nda günahlandırılır.

Xəbəri paylaş

VİDEOLAR