Medvedev: Bu alyansda Rusiyaya nə NATO, nə də Ukrayna lazım deyil

Medvedev: Bu alyansda Rusiyaya nə NATO, nə də Ukrayna lazım deyil

Xüsusi əməliyyat zamanı sakitlik hələ gözlənilmir. Rusiyaya bu alyansda nə NATO, nə də Ukrayna lazım deyil.

Az.Rasthaber.com xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Tula vilayətində silah istehsalına nəzarət üzrə işçi qrupunun iclasında bildirib. 
"Hələ ki, sakitlik gözlənilmir. Əgər diqqət etmisinizsə, dünən NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun növbəti sammitində hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın NATO-ya qəbulu ilə bağlı güclü siqnalın verilməsi məsələsinə baxacaqlarını bildirib. Bu halda nə demək olar? Bizə NATO və uyğun olaraq NATO-dakı Ukrayna lazım deyil", - deyə Medvedev bildirib. 

Xəbəri paylaş

VİDEOLAR