Məbəs gecəsi və gününün əməlləri

Məbəs gecəsi və gününün əməlləri

Məbəs, Besət gecəsi və günü İslam Peyğəmbərinə (s) peyğəmbərlik verilib

Şeyx Tusi "Misbahul-Mutəhəccid" adlı kitabında belə buyurur: Əbu Cəfər İmam Muhəmməd Təqidən (ə) belə rəvayət edir: "Rəcəb ayında, üzərinə günəşin saçdığı hər şeydən daha xeyirli olan bir gecə var. O gecə, Allah elçisi Muhəmmədin (s) peyğəmbərliyə layiq və vəzifələndirildiyi gündür. 

Bu gün Rəcəbin 27-ci gecəsidir. Bizim tərəfdarlarımızdan o gecənin əməllərini yerinə yetirənlər üçün altmış ilin savabı vardır.

Ondan bu savab üçün edilən əməllər haqqında soruşduqda buyurdu:” Şam və İşa namazlarını qılıb yatdıqdan sonra, gecə yarı olmadan hər hansı bir saatda bu namaz qılınır.

1. 12 rəkətli namazdır. Həmd surəsindən sonra Quranda Muhəmməd surəsindən sonra sona qədər olan bütün surələrdən birini demək. Hər iki rəkətdə salam verərək namazı tamamlamaq, sonra Fatihə, Fələq, Nas, Kafirun, Ayətəl Kürsü ayələri, Qədr surələrinin hamısını yeddi dəfə oxumaq. (islamazeri)

Daha sonra bu dua oxunur:

Əlhəmdulilləhiləzi ləm yəttəxiz vələda, vələm yəkunləhu şərikun fil mulki, vələm yəkunləhu vəliyyun minəzzulli və kəbbirhu təkbira. Allahummə inni əsəlukə biməaqidi izzi kəəla ərkəni ərşikə və muntəhər rəhməti min kitabikə və bismikəl əəzəmil əzəm, əl əzəm vəzikrikəl əələl əələl əəla və bikəlimətikət təmməti, tusəlliyə əla Muhəmmədin və alihi və ən təfəla bi ma əntə əhluh.

2. Qüsl etmək

3- Həzrət Əlini (ə) ziyarət etmək.

"Məbəs" gününün əməlləri
Qüsl  (islamazeri)

Oruc tutmaq (bu gün ilin ən üstün 4 günündən biridir)

Çoxlu salavat

Peyğəmbər (s) və İmam Əlinin (ə) ziyarətini oxumaq

12 rəkətli namaz, namazdan sonra Həmd, İxlas, Nas, Fələq surələrinin hər birini 4 dəfə oxuduqdan sonra bu dua deyilir:

4 dəfə : Lə iləhə illəllahu vəllahi əkbər, və subhənallahi vəlhəmdulilləhivə lə həvlə vələ quvvətə illə billəhil əliyyil əzim 

4 dəfə Allahu, Allahu Rəbbi Lə uşriku bihi şəyən

4 dəfə: Lə uşriku bi Rəbbi Əhədən 

Xəbəri paylaş

VİDEOLAR