Mavritaniya İsraillə normallaşma iddialarını rədd edib

Mavritaniya İsraillə normallaşma iddialarını rədd edib

Mavritaniya hökumətinin sözçüsü ölkəsinin normallaşma ilə bağlı Təl-Əvivlə danışıqlar apardığına dair xəbərləri təkzib edib.

Az.rasthaber.com xəbər verir ki, Mavritaniya hökumətinin sözçüsü Muxtar Vəlid Dahi ölkəsinin normallaşma ilə bağlı Təl-Əvivlə danışıqlar apardığına dair xəbərləri təkzib edib.

Muxtar Vəlid Dahi, "İsrail ilə heç bir əlaqəmiz yoxdur", - deyə bildirib.

İsrail rejiminin Mavritaniya, Somali, Niger və İndoneziya ilə münasibətləri normallaşdırmaq üçün hərəkətə keçdiyi iddia edilib.

İsrail mediası xarici işlər naziri Eli Koenin sözügedən ölkələrlə münasibətləri normallaşdırmağa çalışdığını iddia edib.

Xəbəri paylaş

VİDEOLAR