BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ötən aydan bəri İsrailin Qəzzaya hücumları nəticəsində 600-ə yaxın uşağın öldüyünü açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, aprelin 21-də UNICEF-in açıqladığı rəqəmlərə istinadən UNRWA bildirib ki, İsrail martın 18-də hücumlarını bərpa etdikdən sonra 1600-dən çox uşaq yaralanıb.
Agentlik “Qəzza zolağındakı humanitar böhran, ehtimal ki, 2023-cü ilin oktyabrından bəri ən pis nöqtəsinə çatıb”, -deyə bildirib.
Martın 18-də Qəzzaya ölümcül hücumlarını bərpa edən İsrail ordusu həmin tarixdən bəri 1864 nəfəri öldürüb, 4900-ə yaxın insanı yaralayıb. Bu hücumlar yanvar ayında qüvvəyə minən atəşkəs və girov mübadiləsi razılaşmasına baxmayaraq baş verib.
2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzaya vəhşicəsinə hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 51.200-dən çox fələstinli həyatını itirib.