Bu günə olan məlumata əsasən, Marneulidə 2 990 ailəyə ərzaq yardımı edilib.
Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu ailələrin 1 995-i meriyanın büdcəsindən, 995-i isə yerli sahibkarların və özəl subyektlərin ianələri hesabına maliyyələşdirilib.
Həmçinin bildirilib ki, aprelin 3-də meriyanın maliyyəsi ilə əlavə olaraq daha 1 000 ailəyə yardım göstərilməsi planlaşdırılıb.
Bundan başqa Gürcüstan Müsəlmanlar İdarəsi də aztəminatlılara yardım etdiyi qeyd edilir.