Vahid Milli Hərəkat partiyası, Baş Prokurorluğa şikayət ərizəsi təqdim edib.
Üç gün öncə, Əlyazmalar Mərkəzinin rəhbəri, Zaza Abaşidze "facebook" sosial şəbəkəsi vasitəsilə Marneuli əhalisinə qarşı yazdığı təhqiramiz ifadələrlə bağlı, Vahid Milli Hərəkat partiyası, Baş Prokurorluğa şikayət ərizəsi təqdim edib.
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə, "VMH"-nın Marneuli qərargahının rəhbəri, Aqil Mustafayev bildirib.
Qeyd edək ki, iki gün öncə Əlyazmalar Mərkəzinin rəhbəri, Zaza Abaşidze "Facebook" sosial şəbəkəsi vasitəsiylə paylaşdığı statusunda, Marneuli sakinlərinə qarşı təhqiramiz ifadələr işlədib. O, "Marneulidə onları kənddə saxlamalı və onları qırmaq lazımdır" deyə ifadələrə yol verib.