Maldiv adalarından kritik qərar: İsraillilərin ölkəyə girişinə qadağa qoyuldu

Maldiv adalarından kritik qərar: İsraillilərin ölkəyə girişinə qadağa qoyuldu

Maldiv adaları hökuməti İsrailin Qəzza zolağına hücumları səbəbindən israillilərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

Az.rasthaber.com xəbər verir ki, uşaq qatili işğalçı İsrailin Qəzza zolağına hücumları 241 gündür davam edərkən, Maldiv adaları hökuməti israillilərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

Prezident Aparatından verilən açıqlamada bildirilib ki, Nazirlər Şurası İsrail pasportuna malik şəxslərin ölkəyə girişinin qarşısını almaq üçün qanunların dəyişdirilməsi və prosesə nəzarət edəcək alt komitənin yaradılması barədə qərar qəbul edib.

Keçən il təxminən 11 min israilli Maldiv adalarını ziyarət etdiyi halda, bu rəqəm ölkəyə daxil olan turistlərin ümumi sayının 0,6 faizini təşkil edib. Əhalisinin əksəriyyəti müsəlman olan Maldiv adaları ilə İsrailin diplomatik əlaqələri yoxdur.

Xəbəri paylaş

VİDEOLAR