Maldiv adaları İsrail pasportu sahiblərinin ölkəyə girişini qadağan edib

Maldiv adaları İsrail pasportu sahiblərinin ölkəyə girişini qadağan edib

Maldiv adalarının prezidenti Mohamed Muizzu ölkəsinin Qəzzada İsrailin hərbi əməliyyatına qarşı mövqeyini əsas gətirərək, İsrail pasportu olan şəxslərin ölkəyə girişinin qadağan edildiyini açıqlayıb. Bu qərar aprelin 15-də Maldiv Xalqlar Palatası tərəfindən qəbul edilən və sonradan təsdiq edilən qanunun qüvvəyə minməsindən sonra qəbul edilib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada baş verən hücumlara cavab olaraq Maldiv adaları parlamentinin qərarı ilə İsrail pasportuna malik şəxslərin ölkəyə girişini qadağan edib.

Prezident Muizzu sosial media hesabında etdiyi paylaşımda qanuna edilən bu dəyişikliyi “Fələstində davam edən zülmə qarşı mövqeyimizin açıq əksi” olaraq xarakterizə etdi. O, həmçinin Hind okeanında bir ada dövləti olaraq “Fələstin xalqı ilə sarsılmaz həmrəyliklərini” təkrarladıqlarını bildirib.

Prezident Aparatı bildirib ki, dəyişikliklər hökumətin “İsrailin Fələstin xalqına qarşı davam edən zülm və soyqırım aktlarına qarşı qəti mövqeyini” nümayiş etdirir. Bəyanatda həmçinin vurğulanıb ki, Maldiv adaları beynəlxalq hüququn pozulmasına görə məsuliyyət tələb etməyə davam edir və müxtəlif beynəlxalq platformalarda İsrailin hərəkətlərini açıq şəkildə tənqid etməyə davam edir.

Hökumət həmçinin Birləşmiş Millətlər Təşkilatının qətnamələri və beynəlxalq hüquq çərçivəsində paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci ildən əvvəlki sərhədlər əsasında müstəqil və suveren Fələstin Dövlətinin yaradılmasına uzunmüddətli dəstəyini bir daha təsdiqləyib.

Xəbəri paylaş

VİDEOLAR