Malayziyanın baş naziri istefaya getdi

Malayziyanın baş naziri istefaya getdi

Malayziyanın baş naziri Mahathir Bin Mohamadı bu gün istefa ərizəsi yazıb.

“Report” xəbər verir ki, bu barədə hökümət başçısının administrasiyası məlumat yayıb. 

“Müvafiq ərizə Malayziyanın Ali başçısına (krala) göndərilib”, - açıqlamada bildirilib.

Baş nazirin istefa verməsinə səbəb müxalifət partiyaları ilə koalisiya qurmaq üçün apardığı danışıqların nəticəsiz qalması olub.

Qeyd edək ki, 94 yaşlı M.Məhəmməd 15 il ara ilə ümumilikdə 24 il ölkənin baş naziri vəzifəsində çalışıb. O, ötən ilin sonunda 2030-cu ilə qədər hakimiyyətdə qalacağını istisna etməmişdi. Mahathir Bin Mohamadı yalnız əvvəlki hökumətin yaratdığı problemləri həll etdikdən sonra postundan gedəcəyinə söz vermişdi.

Xəbəri paylaş

VİDEOLAR