Makronun İslamla separatizm adı ilə mübarizəsi BMT-yə şikayət edildi

Makronun İslamla separatizm adı ilə mübarizəsi BMT-yə şikayət edildi

13 ölkədən olan vəkillər, QHT və dini təşkilatlar qrupu BMT-nin İnsan Hüquqları Şurasına (OHCHR) formal şikayətlə müraciət edərək, Fransada “müsəlmanların dövlət səviyyəsində sıxışdırılmasına” reaksiya verilməsini tələb edib.

Az.rasthaber.com “Aljazeera”ya istinadla xəbər verir ki, “Paris tərəfindən ratifikasiya olunmuş qanunlarla qorunmalı olan insan hüquqlarının çoxsaylı pozuntuları” ilə bağlı sübutlar BMT-yə təqdim olunub.

Şikayətdə bildirilir ki, Fransa hökuməti hələ 1989-cu ildən başlayaraq “müsəlmanların diskriminasiyası və struktur islamofobiya” siyasətini yürütməyə başlayıb.

Sübut kimi müsəlman evlərinə və təşkilatlarına edilən qeyri-qanuni və zorakı reydlər, prezident Makronun “İslam separatizmi” ilə mübarizə planı, 2004-cü ildə məktəblərdə hicab qadağası, 2010-cu ildə ictimai yerlərdə niqab qadağası və digər faktlar göstərilib.

Sənədin müəllifləri Fransanın insan haqlarına dair beynəlxalq qanunlara riayət edəcəyi barədə zəmanətlərini əsas gətirərək, rəsmi Parisə qarşı tədbir görülməsini tələb ediblər.

Xəbəri paylaş

VİDEOLAR