Makron: İsrailin təhlükəsizliyini dəstəkləyirik

Makron: İsrailin təhlükəsizliyini dəstəkləyirik

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdə artan gərginliklə bağlı təəccüblü açıqlamalar verib. İranın İsrailin hücumlarına cavab verəcəyi təqdirdə bölgədəki qeyri-sabitliyin dərinləşə biləcəyini iddia edən Makron belə bir ssenaridə Fransanın sionist İsrailin müdafiəsinə töhfə verə biləcəyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Makron paytaxt Parisdə keçirilən “Paris İki Dövlətli Həll üçün Çağırış: Regional Sülh və Təhlükəsizlik” adlı konfransdakı çıxışında Fransanın İsrailin İrana hücumlarında heç bir töhfəsi olmadığını bildirib.

Tərəfləri təmkinli olmağa çağıran Makron İranı nüvə məsələsində beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini yerinə yetirməməkdə və bütün regionun sabitliyinin pozulmasında ağır məsuliyyət daşımaqda ittiham edib.

Tehran hökumətinin "nüvə silahı üçün kifayət qədər uranı zənginləşdirməyə davam etdiyini" qiymətləndirən, lakin İsrailin malik olduğu nüvə silahına toxunmayan Makron, "İranın nüvə silahına sahib olduğu bir dünyada yaşaya bilmərik. Bu, ekzistensial təhdiddir və hamımızın təhlükəsizliyinə təhdiddir" dedi.

İsrailin İrana hücumlarının yəqin ki, davam edəcəyinə diqqət çəkən ikiüzlü Makron belə davam etdi:

"İsrailin təhlükəsizliyini dəstəkləyirik. İsrailə cavab olaraq İran tərəfindən hücum olarsa, Fransa əlində olan imkanlar daxilində və belə bir vəziyyətə uyğun gələrsə, İsraili qorumaq və müdafiə etməyə yönəlmiş əməliyyatlarda iştirak edə bilər. Əks halda, mən heç bir hücum əməliyyatında iştirak etmək fikrində deyiləm".

Hər ehtimala hazırlaşdıqlarını vurğulayan Emmanuel Makron deyib: “İsrail İran torpaqlarında əməliyyatlarını bəyan etdiyi hədəflərdən kənara çıxarsaydı, bu gün heç kimin təxmin edə bilməyəcəyi nəticələrlə üzləşərdik”.

İsrailin “müdafiə haqqının” harada bitdiyi mövzusunda Makron, “Bizim dəstəyimiz (İsrailə) qeyd-şərtsiz və qeyri-məhdud dəstək deyil” dedi.

Xəbəri paylaş

VİDEOLAR