Fransa Prezidenti Makron ilə həyat yoldaşı Briqit arasında yaşanan “şillə qalmaqalı”ndan sonra ilk açıqlama verildi.
Az.rasthaber.com xəbər verir ki, NTV-nin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron, həyat yoldaşı Briqit Makron ilə birlikdə Vyetnama etdiyi səfər zamanı kameraların qeydə aldığı görüntülərlə bağlı ilk dəfə danışıb.
Makron, təyyarədən enərkən həyat yoldaşı ilə mübahisə etmiş və Briqit Makron onun üzünə şillə vurmuşdu.
Sözügedən görüntülərlə bağlı açıqlama verən Makron, “Sadəcə zarafat edirdik. Həqiqətən, sadəcə əylənirdik. Amma bu hadisənin təəccüblü şəkildə sanki qlobal bir fəlakətə çevrildiyini gördüm,” deyə bildirib.
Makronun yaxın dostlarından biri bu hadisəni bir cütlük arasında yaşanan zərərsiz “zarafat” kimi dəyərləndirib.
Başqa bir mənbə isə jurnalistlərə, “Prezident və həyat yoldaşı səfərə başlamazdan əvvəl zarafatlaşaraq stress atırdılar,” deyə açıqlama verib.