Mahmud Vaezi Şahin Mustafayevlə telefonla danışıb

Mahmud Vaezi  Şahin Mustafayevlə telefonla danışıb

İranın prezident adminstrasiyasının başçısı Tehran-Bakı əlaqələrinin inkişafını iki xalqın istəyi və iki dövlətin ortaq maraqları istiqamətində dəyərləndirib.

Rasthaber İran mediasına istinadən xəbər verir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünü möhtərəm sayaraq, vurğulayıb ki, İran Azərbaycan Respublikası ilə Ermənistan arasındakı ixtilafların həllində daha fəal rol oynamağa hazırdır.

İranın prezident adminstrasiyasının başçısı Mahmud Vaezi dünən Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayevlə telefon söhbətində vurğulayıb ki, Tehran Bakının/ İran, Rusiya və Türkiyənin regional sülh və sabitliyin qorunması sahəsində daha fəal və daha böyük rol oynamalarına dair təklifini alqışlayır.

Vaezi Azərbaycan Respublikası və Ermənistan hökumətlərindən istəyib ki, atəşkəsi qorumaqla öz ixtilaflarını dialoq əsasında, beynəlxalq qanunlar, iki ölkənin ərazi bütövlüyü və tanınmış sərhədlərə hörmətlə yanaşılması çərçivəsində həll etsinlər.

Azərbaycan Respublikasının baş nazir müavini də bu telefon danışığında deyibdir ki, onun ölkəsi Tehran-Bakı əməkdaşlıqlarının iki tərəfi maraqlandıran bütün sahələrdə inkişaf etməsini istəyir.

Şahin Mustafayev həmçinin Azərbaycan Respublikası ilə Ermənistan arasında gedən döyüşlər prosesi barədə məlumat təqdim edib. Vurğulayıbdır ki, Bakı/ İran, Rusiya və Türkiyənin regional sülh və sabitliyin qorunması sahəsində daha fəal və daha böyük rol oynamalarını istəyir.

Xəbəri paylaş

VİDEOLAR