Bəzi sionist mənbələr Fələstin muxtariyyəti başçısının sionist rejimlə saziş müzakirələrinə qayıdış üzrə 14 şərtinin olmasından xəbər veriblər.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, sionist rejimin 12-ci telekanalı bu gün xəbər verib ki, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas bu həftə bu rejimlə müzakirələrin bərpası üzrə şərtlərinin siyahısını ABŞ prezidenti Co Baydenin hökumətinə təqdim edəcək.
Sionist rejimin 12-ci telekanalının iddiasına görə, bu siyahıdakı on dörd şərtin hamısı Qərb Sahili ilə əlaqədardır və onda Qəzza zolağına toxunulmayıb.
Fələstin tərəfi məlumata münasibət bildirməyib.