Mahmud Abbas İsrail prezidentini yeni yəhudi ilinin gəlişi münasibətilə təbrik edib

Mahmud Abbas İsrail prezidentini yeni yəhudi ilinin gəlişi münasibətilə təbrik edib

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas İsrailin prezidenti İsak Herzoqa zəng edərək, onu yeni yəhudi ilinin gəlişi münasibətilə təbrik edib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi məlumat verib.

Həmçinin İsrail prezidentinin ofisinin çərşənbə axşamı yaydığı bəyanatda deyilir ki, "Herzoq bu söhbətdə xalqlar arasında qonşuluq münasibətlərinin qorunub saxlanılması və möhkəmləndirilməsinin vacibliyini, zorakılıq və ekstremist qüvvələrin sakitləşdirilməsi və dayandırılması üçün birgə səylərin vacibliyini vurğulayıb.”

Bazar ertəsi Mahmud Abbas İsrailin müdafiə naziri Beni Qantsla da oxşar telefon danışığı aparıb.

HƏMAS, “İslami Cihad” və sair fələstinli hərəkatlar Mahmud Abbasın bu addımını tənqid ediblər.

Fələstinli hərəkatlar həmçinin Fələstin Muxtariyyətinin təhlükəsizlik qurumları ilə İsrail Ordusu arasında təhlükəsizlik sahəsində koordinasiyanın ləğvini tələb edirlər.

Xəbəri paylaş

VİDEOLAR