Mahmud Abbas Həması təhqir edib

Mahmud Abbas Həması təhqir edib

İordan çayının qərb sahilində çıxış edən Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ı “it oğulları” adlandırıb. Abbas HƏMAS-ı bütün girovları azad etməyə, tərksilah etməyə və İsraillə müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti təhvil verməyə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS və sionist İsrail arasında atəşkəs danışıqlarında yeni hadisələrin siqnalı verildiyi bir vaxtda Fələstin prezidenti Mahmud Abbas çıxışında HƏMAS-ı sərt sözlərlə tənqid edib və bütün girovların azad edilməsini tələb edib.

İşğal altındakı İordan çayının qərb sahilində keçirilən toplantıda çıxış edən Abbas qəzəbli tonda HƏMAS-ı “it oğulları” adlandırıb. Abbas HƏMAS-ı bütün girovları azad etməyə, tərksilah etməyə və İsraillə müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti təhvil verməyə çağırıb və bildirib ki, Həmas İsrailə Qəzzaya hücum etmək üçün bəhanə verir.

Həmas Siyasi Bürosunun üzvü Basim Naim Abbasın “öz xalqının əhəmiyyətli bir hissəsinə qarşı təhqiramiz ifadələr işlətməsini” pisləyib.

“Abbas ardıcıl və şübhə ilə xalqımızı işğalçıların cinayətlərinə və davam edən zülmə görə günahlandırır”, - deyə Naim bildirib.

Xəbəri paylaş

VİDEOLAR