Mahmud Abbas: Azərbaycan və Fələstin arasında həmrəylik təqdirəlayiqdir

Mahmud Abbas: Azərbaycan və Fələstin arasında həmrəylik təqdirəlayiqdir

Mahmud Abbas bunu martın 30-da Fələstinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

“Azərbaycan və Fələstin arasında həmrəylik təqdirəlayiqdir”

Az.rasthaber.com xəbər verir ki, Mahmud Abbas bunu martın 30-da Fələstinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

Mahmud Abbas Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib.

Görüşdə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR