"Amerika və Britaniya Fələstin xalqından üzr istəməlidir"
Az.rasthaber.com xəbər verir ki, bunu Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas deyib.
Mahmud Abbas Ər-Riyadda ərəb ölkələri və Çinin birgə iclasında deyib:
"Amerika və Britaniya Fələstin xalqından üzr istəməli və bədnam Balfour Bəyannaməsinin imzalanmasına görə onlara təzminat ödəməlidir.
İsrailin Fələstin xalqına və düşərgələrinə qarşı törətdiyi cinayət və qətllərə göz yuman, 74 ildir Fələstin torpaqlarında işğalçı rejimin mövcudluğunu izləyən beynəlxalq sistemin nə dərəcədə faydalı və ciddi olması sual altındadır.
Beynəlxalq ictimaiyyətdən beynəlxalq hüququn dəyər və prinsiplərinə hörmət etməyən heç bir İsrail hökuməti ilə qarşılıqlı əlaqədə olmamasını xahiş edirik.
Biz Fələstinin Birləşmiş Millətlər Təşkilatına üzv olmaq hüququna sadiqik və Fələstin xalqına beynəlxalq dəstək tələb edirik.
Biz Vahid Çin siyasətini dəstəkləməkdə Pekinin yanındayıq və Çin prezidentinin Fələstin xalqını dəstəkləməkdə qətiyyətli mövqeyini yüksək qiymətləndiririk".