Maduro Rusiyaya qarşı sanksiyaları ''dəlilik'' adlandırdı

Maduro Rusiyaya qarşı sanksiyaları ''dəlilik'' adlandırdı

“Qərbin Rusiyaya qarşı sanksiyaları dəlilik və Rusiya xalqına qarşı cinayətdir.”

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro ötən günkü çıxışında deyib.

Venesuela prezidenti Nikolas Maduro çərşənbə günü Ukraynadakı hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyalarını “rus xalqına qarşı cinayət və dəlilik” kimi qiymətləndirib.

Maduro əlavə edib: "Onlar Rusiyanı Swift sistemindən kənarlaşdırılıb, indi onların hava məkanı bağlıdır, bütün ticarət əlaqələri dayandırılıb, ABŞ dollarına giriş qadağandır. Rusiyaya qarşı Qərbin bu etdiyi dəlilikdir".

Venesuela prezidenti bunu sübut gətirərək, maliyyə və kommersiya sistemlərində dollardan istifadəni dayandırmağa çağırıb və bunun səbəbinin valyutanın iqtisadi müharibələrdə istifadə edilməsi olduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR