Lukaşenko: Pandemiyanın ikinci dalğasında evdə qalanlar yoluxacaq

Lukaşenko: Pandemiyanın ikinci dalğasında evdə qalanlar yoluxacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla mübarizədə Qərbi Avropa ölkələrinin təcrübəsini tənqid edib

 Bu barədə Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir.

Onun fikrincə, karantin immuniteti zəiflədir və insanın psixi sağlamlığına təsir edir. Bundan sonra insanlar koronavirusa qarşı daha həssas olur.

"İkinci dalğa baş verəcək və mənzillərindən çıxacaq bu zəifləmiş insanlar virusa tutulacaq. Virus isə gözləyir, öz qurbanını gözləyir", - deyə Lukaşenko vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,7 milyonu keçib, 190 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbəri paylaş

VİDEOLAR