Lukaşenko: «Belarusda ABŞ-ın Yaponiyaya atdığından 3 dəfə güclü nüvə silahı var»

Lukaşenko: «Belarusda ABŞ-ın Yaponiyaya atdığından 3 dəfə güclü nüvə silahı var»

Krem rəsmi Minskə Xirosima və Naqasakidə ABŞ tərəfindən tətbiq edilmiş nüvə silahından 3 dəfə güclü olan raket və bombalar verib.

Az.Rasthaber.com “Rossiya 1”-ə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Bizdə raketlər və bombalar var. Bomba Xirosima və Naqasakidəkindən 3 dəfə güclüdür. Orada bir zərbədən bir anın içərisində 80 min və 250 min insan həlak oldu. Bu bomba isə (ABŞ-ın atdığı bombadan) 3 dəfə güclüdür“, – deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Rusiya 7-8 iyundan Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsinə başlayıb.

Xəbəri paylaş

VİDEOLAR