Lukaşenko 9 Mayda dövlət başçılarını Minskə çağırdı

Lukaşenko 9 Mayda dövlət başçılarını Minskə çağırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko bu haqda daha bir açıqlama edib

Belarus Prezidenti Aleksandr Lukaşenko daha əvvəl SSRİ-yə üzv olan ölkələrin dövlət başçılarını mayın 9-u Minskdə keçiriləcək Qələbə paradına dəvət edib.

Bu barədə Sputnik Belarus xəbər verir.

"Ən azından daha əvvəl SSRİ-yə üzv olan ölkələrin dövlət başçılarını mayın 9-u Minskə gəlməyə dəvət edirəm", - deyə Lukaşenko qeyd edib.

Onun fikrincə, Belarusda yığışmaq daha düz olardı: "Bu, vaxtilə yer üzündən silinən, ilk olaraq zərbə alan ölkədir. Belarus ən çox zərər çəkən respublikadır – müharibənin canlı abidəsidir".

Xəbəri paylaş

VİDEOLAR