Londonda Fələstinə dəstək nümayişi keçirilib

Londonda Fələstinə dəstək nümayişi keçirilib

İngiltərənin paytaxtı Londonda Fələstinə həmrəylik nümayiş etdirmək üçün toplaşan yüz minlərlə insan 5-ci dəfə küçələrə axışıb.

Az.rasthaber.com xəbər verir ki, İsrailin Qəzzaya hücumlarını, həmçinin Daxili İşlər Naziri Bravermanın Fələstinə dəstək yürüşlərini tənqid etməsinə etiraz etmək istəyən 300 minə yaxın Fələstin tərəfdarı olduğu bildirilən nümayişçi yerli vaxtla günorta saatlarında Hyde Parkda toplaşıb.

Ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə Fələstinlə həmrəylik aksiyasına qatılan nümayişçilər İsraili Qəzzaya hücumlarına son qoymağa, blokadanı ləğv etməyə, dərhal atəşkəs elan etməyə və humanitar yardım materiallarının ölkəyə tam şəkildə daxil olmasına icazə verməyə çağırıblar.

Bravermanın “nifrət yürüşü” bəyanatlarına reaksiya verənlər, daxili işlər nazirinin işdən çıxarılmasını tələb edən plakatlar qaldırıblar.

Xəbəri paylaş

VİDEOLAR