Lənkəranda zəlzələ olub.
Az.rasthaber.com xəbər verir ki, saat 11:03 radələrində Lənkəran rayonu ərazisində yeraltı təkan qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub. Zəlzələnin maqnitudası 4.8, dərinliyi 5 km olub.