Liviyalı general Abdülhadi Dırah BƏƏ-ni sərt tənqid edib
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərəb ölkələrindəki siyasətini dəyərləndirən Sirt və Cufra Birgə Əməliyyat İdarəsi mətbuat katibi Abdülhadi Dırah BƏƏ-ni sərt tənqid edib.
Bu barədə Dırah Liviyada yayımlanan "February" televiziyasına müsahibə verib.
Dırah "Ərəb Baharı ilə mübarizə edən BƏƏ Yəmən və Suriyada problemlərə səbəb olub ”, - deyib.
BƏƏ-nin Tunisdə və Əlcəzairdə xaos yaratmağa və hətta Tunis Məclisinə sızmağa çalışdığını deyən Dırah Liviyada isə əvvəldən bəri ölkənin şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftarla əlaqəli olan qüvvələri silah və sursatla dəstəklədiyini söyləyib.
Əbu-Dabinin Misirdəki kimi Liviyanı da hərbiləşdirməyə çalışdığını ifadə edən Dırah "Ərəb ölkələrindəki problemlərdə BƏƏ-nin əli var. BƏƏ hökuməti ərəblər arasındakı xərçəng hüceyrəsidir", - deyə bildirib.
Dırah BƏƏ xalqının isə hökumətdən fərqli olaraq nəcib və yaxşı bir xalq olduğunu vurğulayıb.