7 ay sonra dindarlar məscidlərdə camaat namazı qıla biləcəklər.
Rasthaber xəbər verir ki, Liviyada koronavirusla mübarizə səbəbi ilə qapadılmış məscidlərin fəaliyyəti bərpa edilir.
Qərar Liviya Din və Vəqf İşləri İdarəsi və Pandemiya ilə Mübarizə Komitəsi arasındakı məsləhətləşmələr nəticəsində qəbul edilib.
7 ay sonra dindarlar məscidlərdə camaat namazı qıla biləcəklər.
Qərarda qeyd edilir ki, hər bir kəs COVID-19 ilə mübarizə çərçivəsində qəbul edilmiş qaydalara riayət etməlidir.
Bununla bağlı Liviya məscidlərinə də bütün zəruri təlimatlar veriləcək.