Liviyada İŞİD-in tanınmış liderlərindən biri məhv edildi

Liviyada İŞİD-in tanınmış liderlərindən biri məhv edildi

Bu barədə LMO rəsmisi Əhməd əl-Mismari məlumat verib.

Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, Liviya Milli Ordusu (LMO) İŞİD terror təşkilatının Şimali Afrikadakı liderini məhv edib.

Bu barədə LMO rəsmisi Əhməd əl-Mismari məlumat verib.

Xatırladaq ki, 15 sentyabrda ölkənin cənub-qərb hissəsindəki Səbha şəhərində keçirilmiş xüsusi əməliyyat zamanı 9 İŞİD terrorçusu məhv edilib.

Bildirilir ki, sonradan aparılan araşdırma, daha iki İŞİD-çinin ələ keçirilməsindən və sübutların toplanmasından sonra bəlli olub ki, məhv edilmiş terrorçular arasında İŞİD-in Şimali Afrikadakı lideri Əbu Məaz əl-İraqi də var. Əbu Abdulla Əl-İraqi kimi də tanınan terrorçu Liviyaya 2014-cü il 12 sentyabrda gəlib.

Xəbəri paylaş

VİDEOLAR