Liviyada Hafterin qərargahına basqın həyata keçirildi

Liviyada Hafterin qərargahına basqın həyata keçirildi

Liviyalı nümayişçilәr ölkәnin şәrqindәki qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterin әl-Cufra şәhәrinin Hun bölgәsindәki qәrargahına basqın tәşkil edib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barәdә Liviya ordusunun hәyata keçirdiyi ‘‘Vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Cufra şәhәrindәki mülki vәtәndaşlara edilәn hücumlara reaksiya göstәrәn nümayişçilәr qәrargahdakı muzdlu әsgәrlәrin onlara tәhvil verilmәsini tәlәb ediblәr.

Qeyd edәk ki, Hun bölgәsinin sakinlәri iyulun 11-dә iki gәncin Cancavidlәr tәrәfindәn öldürülmәsinә reaksiya göstәrmişdi. Hәmin ay bir nәfәr dә evinin qarşısında Cancavidlәr tәrәfindәn qәtlә yetirilmişdi.

Xəbəri paylaş

VİDEOLAR