Liviya ordusuna bağlı “Hirs vulkanı” əməliyyatının mətbuat xidmətinin “twitter” hesabından edilən şərhində bildirilir...
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Liviya Hökumət Şurası ölkədə şuranın təsdiqi xaricindəki bütün hərbi hərəkətliliyin qadağan edildiyini elan edib.
Liviya ordusuna bağlı “Hirs vulkanı” əməliyyatının mətbuat xidmətinin “twitter” hesabından edilən şərhində bildirilir: “Liviya Hökumət Şurasının ölkədəki hərbi hərəkətlilik haqqında qərara görə, vəzifələri nə olursa olsun, hərbi birliklərin yerinin dəyişdirilməsi, məqsəd nə olursa olsun, onların hərəkətə gətirilməsi, o cümlədən, personal, silah-sursat transferi qətiliklə qadağandır.
Təlimatın bütün hərbi birliklər tərəfindən dərhal tətbiq olunması əmr edilir.
Qərar müharibə cinayətkarı Hafterə bağlı milislərin cənubda konvoylar halında hərəkətindən sonra verilib. Belə ki, Liviyanın şərqindəki silahlı milislərin başçısı, qiyamçı hərbçi Xəlifə Hafterə bağlı silahlı milislər ölkənin cənubunda Əlcəzair ilə sərhəd xəttində gəzmə qadağası gətirərək 17 iyunda bölgəni bağlı hərbi bölgə elan etmişdi.