Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd TBMM-də səsə qoyulub
Rasthaber Azərbaycan xəbər verir ki, Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisində (TBMM) səsverməyə çıxarılıb.
Liviyaya hərbçi göndərməsilə bağlı sənəd bu gün yanvar ayının 2-də müzakirəyə çıxarılıb.
Sənəd 325 səslə qəbul olunub, 184 nəfər isə əleyhinə səs verib.
Sənəddə aşağıdakı maddələr yer tapıb:
1. Milli marağa qarşı hər cür təhdidlərə qarşı fəaliyyət
2. Liviyadakı qeyri qanuni qrupların Türkiyənin mənfəətlərinə qarşı hücumlarını zərərsizləşdirmək
3. Kütləvi köç kimi risklərin qarşısını almaq
4. Liviya xalqına humanitar yardımların çatdırılmasını təmin etmək
Səsverməyə ümumilikdə 509 millət vəkili qatılıb.