Livanın Əməl təşkilatı ABŞ-ın İraqa hücumuna etiraz etdi
Rasthaber Azərbaycan xəbər verir ki, Livanın “Əməl” hərəkatı bir bəyanat yayımlayaraq İraqın qərbindəki Anbar əyalətindəki “Haşdi Şabi” hərbi bazasına ABŞ tərəfindən həyata keçirilən hava hücumunu qınayıb.
“Al Nashra” saytında yayımlanan xəbərə görə, “Əməl” Hərəkatı ABŞ-ın hücumunu “İraqın müstəqilliyi, suverenliyi və sabitliyinin işğalı” olaraq dəyərləndirib. Hərəkat ABŞ-ın bu hücumunu terrorizmə dəstək olduğunu qeyd edərək “ABŞ hücumu, İraq xalqını, özəlliklə terrorizmə qarşı mübarizə aparan “Haşdi Şabi” güclərini hədəf almışdır”, -deyə bildirib.