Ədib ölkə hökumətini formalaşdırmaqdan imtina etdiyini və öz istefasını elan edib.
Livanın Baş naziri Mustafa Ədib ölkə hökumətini formalaşdırmaqdan imtina etdiyini və öz istefasını elan edib.
Rasthaber Azərbaycanın Trend-ə istinadlı məlumatına görə, o, ölkə Prezidenti Mişel Aunla görüşündən sonra bildirib: “Siyasi partiyalar mənim kabineti formalaşdırmaq naminə can atdığım həmrəyliyi pozduqlarına görə üzr istəyirəm. Onlar prosesi siyasiləşdirməkdən əl çəkmədilər”. M.Ədib eyni zamanda, Fransanın Livanda vəziyyəti sabitləşdirmək təşəbbüsünü reallaşdırmağın vacibliyini vurğulayaraq deyib: “Livanı xilas etmək üçün Makronun təşəbbüsünü reallaşdırmağı davam etdirmək lazımdır”.