Livandan İsrailə qarşı olunan əməliyyatların sayı açıqlanıb

Livandan İsrailə qarşı olunan əməliyyatların sayı açıqlanıb

Livan Milli Müqaviməti şənbə günü Qəzza zolağına təcavüzün başlanğıcından bəri İsrail qüvvələrinin mövqelərinə qarşı həyata keçirdiyi hərbi əməliyyatların sayını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, SANA bildirir ki, mətbuata verilən açıqlamada deyilir: “Müqavimət qüvvələrinin Qəzzaya təcavüzün başlanmasından ötən cümə axşamı gününə qədər sionist düşmənin mövqeləri və qoşunlarının cəmləşməsinə qarşı həyata keçirdiyi hərbi əməliyyatların sayı düşmənin 58 hərbi məntəqəsi və kazarmasını hədəf alan 509 əməliyyat təşkil edib”.

Açıqlamada, idarə olunan raketlərlə 209 əməliyyat, artilleriya mərmisi ilə 131 əməliyyat, 48 snayper əməliyyatı, 43 reaktiv yaylım atəşi əməliyyatı, 35 Burkan raket əməliyyatı, 20 hava hücumundan müdafiə atma əməliyyatı, 14 birbaşa silah əməliyyatı və 9 dronlarla hücum əməliyyatı aparıldığı bildirilib.

Qeyd edək ki, hücumların əksəriyyəti “Hizbullah” təşkilatı tərəfindən həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR