Livandan İsrail hədəflərinə ZƏRBƏ

Livandan İsrail hədəflərinə ZƏRBƏ

Ərəb mediası Livanın cənubundan sionistlərin Şlomi qəsəbəsinə raket atıldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb KİV-lərinin məlumatına görə, Livanın cənubundan 1948-ci ildə işğal olunmuş bölgənin şimal hissəsində Yuxarı Əl-Cəlil yaxınlığında yerləşən sionist Şlomi qəsəbəsinə doğru raket atılıb.

İbranicə “Yediot Aharonot” qəzeti hadisə zamanı çoxlu sayda sionistin yaralandığını və onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

Məsələ ilə bağlı sionist ordu radiosu da iddia edib ki, raket atıldıqdan sonra hücumun həyata keçirildiyi nöqtə artilleriya atəşi ilə vurulub.

Oktyabrın 8-dən etibarən Livanın cənubundan İsrail ordusunun mövqelərinə atəş açılıb.

Xəbəri paylaş

VİDEOLAR