Livandakı partlayışda partiya lideri ölüb

Livandakı partlayışda partiya lideri ölüb

Livan paytaxtı Beyrutda çərşənbə axşamı günü Beyrut Limanı rayonunda ölkənin Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki, yerli media partlayış zamanı 100 nəfərin öldüyünü bildirir.

Hadisə zamanı “Kataib” partiyasının baş katibi Nizar Nacaryan ölüb, Livan baş naziri Həsən Diabın ailəsi və müşavirləri xəsarət alıblar.

Rusiya səfirliyinin binasına partlayış zamanı ziyan dəyib, bir diplomatik korpus əməkdaşı xəsarət alıb. Qaxaxıstanın Livandakı konsulunun da müxtəlif xəsarətlər aldığı qeyd edilir.

Liman yaxınlığında bir neçə bina və evlərə də ciddi ziyan dəyib.

Xəbəri paylaş

VİDEOLAR