Livandakı iqtisadi böhran apteklərin fəaliyyətini iflic etdi - FOTO

Livandakı iqtisadi böhran apteklərin fəaliyyətini iflic etdi  - FOTO

Daha öncə dərman çatışmazlığına görə aptek işçiləri Livanda tətil elan etmişdilər.

Rasthaber Azərbaycan xəbər verir ki, Livandakı apteklərin əksəriyyəti “məcburi qapanış” qərarı qəbul edib.

Buna səbəb son günlər ölkədəki etirazlar, həmçinin iqtisadi böhrana görə dərmanların yoxluğu göstərilib.

Aptek Sahibləri Assosiyasiyasının açıqlamasına görə, müvafiq qərar bu gün səhər saatlarından dərman preparatları çatışmazlığı səbəbi ilə qüvvəyə minib.

“Aptek sahibləri böhranın başladığı andan vətəndaşları dərmanla təmin etmək üçün bütün səyləri göstərdilər, lakin ehtiyatların böyük hissəsi türkənib. Səhiyyə Nazirliyi Dərman Preparatlarının İdxalçılar Həmkarlar İttifaqı ilə yeni dərmanların tədarükünə dair saziş bağlayanadək apteklər məcburi qapanış qərarı qəbul edib”, – deyə qeyd edilib.

Xatırladaq ki, Livanda ölkə tarixinin ən ağır iqtisadi böhranlarından biri yaşanmaqdadır.

Ölkədə valyuta əməliyyatları məhdudlaşdırılıb, Mərkəzi Bankın rezervləri bitmək üzrədir.

Daha öncə dərman çatışmazlığına görə aptek işçiləri Livanda tətil elan etmişdilər.

Xəbəri paylaş

VİDEOLAR