Livanda yeni hökümətin qurulma prosesi başlayıb

Livanda yeni hökümətin qurulma prosesi başlayıb

Livan Prezidenti Hassan Diyab tərəfindən qurulacaq hökümətin bütün Livanlılara aid olduğunu, hökümətin isə texnokrat olacağını bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, Livanda xristianların lideri Beşare Petros ər Rai ilə Beyrutun şərqində görüşdükdən sonra açıqlama verən Livan Prezidenti Mişel Aun Xarici İşlər naziri Cebran Basilin yeni hökümətin qurulmasına əngəl olması ilə bağlı iddiaları rədd edib.

Basilin Livan məclisindəki ən böyük fraksiya sədri olmasına baxmayaraq kabinetin qurulmasına qarışmadığını deyən Livan Prezidenti, hələ nazirlərin sayı və hansı qrup, partiyadan olacaqlarının məlum olmadığını, baş nazir Hassan Diyabın höküməti quracağı və bu hökümətin Livan xalqı üçün yeni il hədiyyəsi olacağını önə çəkib.

Saad Həriri 29 oktyabr 2019-da ölkədəki etirazlardan sonra baş nazir postundan istifa vermişdi.

Xəbəri paylaş

VİDEOLAR