Livanda xaos yaratmaq istəyirlər - Livan baş naziri

Livanda xaos yaratmaq istəyirlər - Livan baş naziri

Livan Baş Naziri Həsən Diyab ölkədə baş verən hökumət əleyhinə aksiyalara münasibət bildirib

Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Livan Baş Naziri Həsən Diyab ölkədə baş verən hökumət əleyhinə aksiyalara yenidən münasibət bildirib.

O, açıqlamasında vurğulayıb ki, devalvasiyadan sonra dövlət müflis olmadı və hökumət işlərini davam etdirir.  

"Maddi problemlərimiz var. Lakin gənclərimizlə birgə ölkəmizi inkişaf etdirəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın", - deyə Həsən Diyab diqqətə çatdırıb.  

Baş Nazir qeyd edib ki, bəzi şəxslər devalvasiya məsələsindən istifadə edərək Livanda xaos yaratmaq üçün aksiyalara daha da çağırış edirlər.

Xəbəri paylaş

VİDEOLAR