Livanda şəhidlərin sayı 3 min 365-ə yüksəlib

Livanda şəhidlərin sayı 3 min 365-ə yüksəlib

Sionist İsrailin 2023-cü il oktyabrın 8-dən Livana həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 3 min 365, yaralıların sayının isə 14 min 344-ə yüksəldiyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun davam edən hücumları nəticəsində ölənlər barədə məlumat verilib.

İşğal ordusunun dünən Livanın bir çox bölgəsində həyata keçirdiyi hücumlarda 78 nəfərin şəhid olduğu, 122 nəfərin yaralandığı qeyd edilib.

Açıqlamada, İsrailin 8 oktyabr 2023-cü ildən bəri Livana hücumlarında ölənlərin sayının 3 min 365-ə, yaralı sayının isə 14 min 344-ə yüksəldiyi bildirilib.

2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR